Bu gün “Beynəlxalq Din və ya İnanc Əsaslı Zorakılıq Qurbalarının Anım Günü”dür. Bununla əlaqədar Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) bəyanat yayıb.
Bəyanatı səsləndirən ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODIHR) direktoru Matteo Mekaççi, ATƏT regionlarının dini və mədəniyyət baxımından zəngin irsə malik olduğunu bildirib.
Məbədlər və müxtəlif dinlərə aid tarixi qalıqların sadəcə keçmişə aid ünsürlər olmadığını deyən qurum rəhbəri, bu qalıqların müasir cəmiyyətlər üçün də vacib olduğunu vurğulayıb.
ATƏT-in nifrət cinayətləri barədə hazırladığı son hesabatı xatırladan Mekaççi, bu cinayətlərin 51%-lə ən yüksək həddə çatdığını deyib.
“İbadət yerlərinə edilən hücumlar fikir, vicdan, din və ya əqidə azadlığı hüquqlarının həm mətninə, həm də ruhuna ziddir.” – Matteo Mekaççi bəyanatda deyib.
Mekaççi, Ukraynada müharibə başladığı 24 fevral tarixindən bəri 74-ü dini olmaqla ümumilikdə 175 mədəni irs abidəsinin ziyan gördüyünü qeyd edib.