“Azərbaycan, Gürcüstanla nəqliyyat dəhlizlərimiz nə qədər güclü olsa, əməkdaşlıq möhkəmlənəcək”

0

“Türkiyə, Gürcüstan, Azərbaycan arasında aparılan danışıqların nəticəsi olaraq ölkələrimiz qazanacaq və nəqliyyat dəhlizləri nə qədər güclü olsa, həm sosial, həm də iqtisadi müstəvidə əməkdaşlığımız bir o qədər möhkəmlənəcək”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli nazirlər toplantısından sonra deyib.

Nazirin sözlərinə görə, Türkiyə, Gürcüstan, Azərbaycanın dost və qardaş ölkələrdir, ölkələr arasında nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsi üçün danışıqlar davam edir.

Karaismailoğlu bildirib ki, Tbilisi görüşündə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşündə nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Türkiyə-Azərbaycan-Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlığa toxunan nazir Orta Dəhlizin əhəmiyyətini vurğulayıb. Karaismailoğlu, Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ), habelə Türkiyədə Marmaray xətti layihələrinin həyata keçirildiyini xatırladıb.

“Artıq Çindən Londona fasiləsiz işləyən qatarlarımız fəaliyyətə başladı. Bundan sonra potensialı daha da artırmaq üçün nələr edilə biləcəyimizi müzakirə edirik”, – nazir deyib.

Karaismailoğlu qış dövrlərində şimal dəhlizində daşımalarda müəyyən problemlər, eləcə də Rusiya-Ukrayna müharibəsi nəticəsində nəqliyyatda yaranan çətinliklər səbəbindən region ölkələrinin nəqliyyat infrastrukturlarının daha da inkişaf etdirilməsi lazım olduğunu vurğulayıb.

Onun sözlərinə görə, üç ölkənin rəsmiləri görüşlərdə təkcə yük daşımaları ilə kifayətlənməyblər, həm də sərnişindaşıma imkanlarını dəyərləndiriblər.

Adil Karaismailoğlu, ölkələrin nəqliyyat sahəsində daha çox gəlir əldə etmələri üçün oxşar danışıqları gələcəkdə də davam etdirəcəklərini bildirib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı...

Bağla