Görkəmli İslam alimi, böyük hədisçilərdən biri olan Əhməd bin Hənbəlinin həyatı barədə serial çəkilir.
Türkiyə və Küveytin müştərək ərsəyə gətirdiyi filmin yaxın günlərdə türk və ərəb dünyasında eyni vaxtda nümayiş ediləcəyi bildirilir.
Filmin məqsədi, “Ərəb baharı” inqlablarından sonra yaranmış təlatümlü xaos mühitində insanlara birlikdə yaşamaq mədəniyyətini yenidən qazandırmaqdır.
Qətər televiziyasının sponsor olduğu serial əsasən Türkiyənin İstanbul və Mardin vilayətlərində çəkilir.
Film barədə açıqlama verən prodüseri Muhamməd əl-Unəyzi, bu serialla müsəlmanlar arasında vəhdəti təmin etmək istədiklərini deyib.
“Birlikdə yaşayarkən fikir müxtəlifliyinin yaranması təbii haldır. Bu layihəylə, müxtəlif düşüncələrimiz olsa da təməl nöqtələrində bərabər ola biləcəyimizi göstərmək istəyirik.” – deyə Unəyzi qeyd edib.