ABŞ-DA MÜSƏLMANLARIN 64%-İ QƏRƏZ VƏ NİFRƏT CİNAYƏTİNİN HƏDƏFİDİR

0

Amerika Birləşmiş Ştatları (ABŞ) Nyu York şəhərində yaşayan müsəlmanların əksəriyyəti nifrət cinayəti, qərəz və ya hər ikisinin hədəfi olub.

ABŞ-ın ən böyük islami QHT-si olan “Amerika-İslam Münasibətləri Şurası” (CAIR)-NY bu barədə hesabat hazırlayıb.

“Nifrəti hiss etmək: müsəlman nyu yorkluların məruz qaldığı qərəz və nifrət cinayətləri” adlı 24 səhifəlik hesabatda bildirilir ki, müsəlmanların 64%-i qərəzin, nifrət cinayətinin və ya hər ikisinin hədəfi olub. Onlardan sadəcə 4%-i bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Sorğuda iştirak edən müsəlmanların 66%-i dini əqidələri səbəbindən qərəz və nifrət cinayətinə məruz qaldıqlarını bildiriblər.

Hesabatda həmçinin; müsəlmanların 44%-nin ictimai nəqliyyatda, 34%-nin təhsil müəssisələrində, 23%-nin iş yerlərində hədəf olduqları qeyd edilib.

Müsəlman qadınların 75%-nin qərəz və nifrət cinayətinə məruz qaldığının bildirildiyi hesabatda kişilərdə bu nisbətin 58% olduğu yazılıb.

Sorğuda iştirak edən müsəlmanların 61%-i şifahi, 17%-i fiziki hücuma məruz qaldıqlarını deyiblər. Həmçinin 49%-i hücuma məruz qalarkən ətrafdakı insanların hadisəyə müdaxilə etmədiyini bildiriblər.

Hesabatı hazırlayan heyətə rəhbərlik edən CAIR-NY sədri Afaf Nasher, dini, irqi və əcnəbi düşmənçiliyinin ABŞ tarixində həmişə olduğunu, 11 sentyabr hadisələrindən sonra bu düşmənçiliyin çoxaldığını və sistemli hala gəldiyini vurğulayıb.

Qeyd edək ki, 2018-ci ilin məlumatlarına görə Nyu York əhalisinin 8.9%-ni müsəlmanlar təşkil edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORDUMUZUN MÖVQELƏRİ YENİDƏN ATƏŞƏ TUTULUB

Sentyabrın 8-i axşam  saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan...

Bağla