ZELENSKİ HALUK BAYRAKTARI XİDMƏTƏ GÖRƏ ORDENİ İLƏ MÜKAFATLANDIRIB

0

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin “Baykar” şirkətinin rəhbəri Haluk Bayraktarla görüşüb.

Bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti xəbər verir.

Məlumata görə, görüş zamanı Ukraynada yeni zavodun tikintisinin təfərrüatları və bir sıra birgə layihələr müzakirə edilib.

“Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşümüzün bir nömrəli mövzusu Ukrayna ordusunun müdafiə qabiliyyətini gücləndirmək üçün gələcək əməkdaşlıqdır”, – Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, dialoq zamanı Ukraynada “Baykar” zavodunun tikintisinin təfərrüatları və Ukrayna komponentlərindən istifadə etməklə yeni məhsulların istehsalı müzakirə olunub. Bundan əlavə, Volodimir Zelenski Haluk Bayraktara 1-ci dərəcəli “Xidmətə görə” ordenini təqdim edib.

Qeyd edək ki, daha əvvəl üç “Bayraktar” PUA-sı Ukraynaya çatdırılıb. Ukraynalılar üç gün ərzində onlar üçün vəsait toplayıblar, lakin türk şirkəti onları pulsuz olaraq bağışlamağa qərar verib.

Həmçinin bildirilib ki, Ukrayna 2023-cü ilin sonunda “Bayraktar” tipli PUA istehsal edən zavod tikmək niyyətindədir.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SUTKA ƏRZİNDƏ MÖVQELƏRİMİZ BİR NEÇƏ DƏFƏ ATƏŞƏ TUTULUB

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun...

Bağla