Yəməndə yüz minlərlə müsəlmanın iştirakı ilə İslam peyğəmbəri Həzrəti Muhammədin ﷺ dünyaya gəldiyi Mövlud günü qeyd edilib.
Paytaxt Sana şəhərində keçirilən tədbirdə şəhərdəki evlərin damı və eyvanları, avtomobillər, küçələr və mağazalar yaşıl işıqlarla bəzədilib.
Əllərində yaşıl bayraqlar tutan yüz minlərlə insan birlikdə Salavatı-şərif oxuyub.