Ötən həftə Türkiyədə mədən qəzasında, əmək məzuniyyətində olduğu üçün sağ-salamat qalan mədənçi Gürkan Yıldırım sosial şəbəkədə kədərli paylaşım edib.
Yıldırım, qəzada dünyasını dəyişən 9 iş yoldaşı ilə 1 ay əvvəl nahar fasiləsində çəkilən foto-şəkli “təkcə mən qaldım.” qeydi ilə paylaşıb.
“Yerin altını izah etməyə söz tapmaq mümkün deyil. Kədərimiz çox böyükdür. Şəkildən təkcə mən sağ qaldım.” – deyə Gürkan Yıldırım paylaşımında bildirib.
Xatırladaq ki, oktyabrın 14-də saat 18.15-də Türkiyə Bartın vilayətinin Amasra rayonundakı daş kömür mədənində qəza baş verib. -300 metr dərinlikdə baş vermiş qəzada 41 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.