Türkiyənin “Akıncı” PUA-larının istismarı kursunu bitirən Azərbaycan hərbçiləri təltif edilib

0

Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Təlim-Uçuş Mərkəzində “Baykar” şirkəti tərəfindən təşkil edilmiş “Akıncı” silahlı pilotsuz uçuş aparatını (PUA) idarəetmə kursu”nu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları sertifikatlarla təltif olunub.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Buraxılış mərasimində Türkiyə və Pakistandan olan hərbçilər də mükafatlandırılıb.

Tədbirdə “Baykar” müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Hərbi Attaşelik Aparatının əməkdaşları iştirak edib.

Selçuk Bayraktar gənclərin texnologiya və innovasiya istiqamətində özlərini inkişaf etdirməsinin əhəmiyyətindən danışıb.

Səfir Rəşad Məmmədov isə artıq bütün dünyada türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan “Bayraktar” pilotsuz uçuş aparatının 2-ci Qarabağ müharibəsindəki danılmaz rolundan bəhs edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edib. Bağdat Amreyevi salamlayan Prezident...

Bağla