Türkiyənin Kayseri vilayətində 800 nəfər Qurani-Kərimi başdan sona qədər hafiz titulu əldə edib.
Kayseri vilayətindəki 17 müxtəlif Hafizlik məktəbinin tələbəsi olan 800 hafizdən 514 nəfəri oğlan, 286 nəfəri isə qızdır.
Keçirilən mərasimdə Hafizlərə sertfikat (Hafizlik icazətnaməsi) və müxtəlif hədiyyələr təqdim olunub.
Mərasimdə Türkiyə Diyanət işlərinin sədri Əli Erbaş, Kayseri valisi Gökmen Çiçek, vilayət təhsil idarəsinin müdiri, vilayət müftisi və s. rəsmi şəxslər iştirak ediblər.