Məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edilib – SİYAHI

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə elan edib.

Komitədən verilən xəbərə görə, aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib:

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi “Heydər” məscidi – imam vəzifəsi

Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

Xəzər rayonu, Zirə qəsəbəsi “Cümə” məscidi – imam vəzifəsi

Sabunçu rayonu, Sabunçu qəsəbə məscidi – imam müavini vəzifəsi

Yasamal rayonu, “Hacı Cavad” məscidi – imam vəzifəsi

Xızı qəsəbə məscidi – imam müavini vəzifəsi

Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

Zaqatala şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

Qax rayonu, Ləkit kənd “Cümə” məscidi – imam müavini vəzifəsi

Lənkəran rayonu, Separadi kənd məscidi – imam müavini vəzifəsi

Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

Lerik şəhəri “Cümə” məscidi – imam müavini vəzifəsi

Lerik rayonu, Gürdəsər kənd məscidi – imam müavini vəzifəsi

Astara rayonu, Kijəbə qəsəbəsi Lovayın kənd məscidi – imam müavini vəzifəsi

Astara rayonu, Şuvi kənd məscidi – imam müavini vəzifəsi

Masallı rayonu Şıxlar kənd məscidi – imam müavini vəzifəsi

Cəlilabad şəhəri, “Şəhidlər” məscidi – imam vəzifəsi

Xaçmaz şəhəri, “Təzə şəhər” məscidi – imam müavini vəzifəsi

İmişli şəhəri, “Məşədi Həbib” məscidi – imam vəzifəsi

İmişli şəhəri, “Cümə” məscidi – imam müavini vəzifəsi

İmişli rayonu, Allahmədətli kənd “Əhli-beyt” məscidi – imam müavini vəzifəsi

Saatlı şəhəri, “Şeyx Yusif” məscidi – imam vəzifəsi

Saatlı rayonu, Mustafabəyli kənd “İmam Əli” məscidi – imam müavini vəzifəsi

Sabirabad rayonu, Qaragüney kənd “İmam Hüseyn” məscidi – imam müavini vəzifəsi

Salyan rayonu, Çuxanlı kənd “Hacı Cəbrayıl” məscidi – imam müavini vəzifəsi

Biləsuvar şəhəri, “Cümə” məscidi – imam müavini vəzifəsi

Biləsuvar rayonu, Nərimankənd kəndi “İmam Hüseyn” məscidi- imam müavini vəzifəsi

İsmayıllı rayonu, Lahıc qəsəbəsi “Bədöyün” məscidi – imam müavini vəzifəsi

Ağsu rayonu Pirhəsənli kənd məscidi – imam müavini vəzifəsi

Quba şəhəri, “Hacı Cəfər” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

Quba şəhəri, “Cümə” məscidi – Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi

Quba rayonu, Zərdabi qəsəbə məscidi – imam müavini vəzifəsi

Quba rayonu, Digah kənd məscidi – imam müavini vəzifəsi

Xaçmaz rayonu, Xudat şəhəri “İmam Hüseyn” məscidi – imam müavini vəzifəsi

Yardımlı şəhər məscidi – imam vəzifəsi

Yardımlı şəhəri, Əsədabad məhəllə məscidi – Dini ayinlərin icraçısı-müəzzin vəzifəsi

Ağcabədi rayonu, Şahsevən Təzəkənd kənd məscidi – imam müavini vəzifəsi

Bərdə şəhər “Cümə” məscidi – imam vəzifəsi

Şirvan şəhəri, “İmam Zeynalabdin” məscidi – imam vəzifəsi

Şəmkir rayonu, Çinarlı qəsəbə məscidi – imam müavini vəzifəsi

Şəmkir rayonu, Düyərli kənd məscidi – imam müavini vəzifəsi

Zərdab şəhəri “Cümə” məscidi – imam vəzifəsi

Müsahibədə iştirak etmək istəyən namizədlər 25 oktyabr 2022-ci il tarixindən 25 noyabr 2022-ci il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada sened@scwra.gov.az adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər:

– Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Tərcümeyi-hal;

– Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

– Sağlamlıq haqqında arayış;

– Narkoloji dispanserdən arayış;

– Ruhi-əsəb dispanserindən arayış;

– Məhkumluq barədə arayış;

– Foto (3×4) (4 ədəd);

– Ərizə.

– Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.

Əlaqə nömrələri:

(012) 497 02 53

(012) 492 62 29

(012) 437 31 15

(077) 209 60 70

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan iki il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci...

Bağla