PATRİARX KİRİLL: MÜNAQİŞƏLƏR ZAMANI SƏYLƏRİMİZİ DAHA DA ARTIRMALIYIQ

0

Dekabrın 7-də Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.

Danil monastırında baş tutan görüşdə Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni səmimi salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb. Patriarx deyib: “Biz sizinlə mütəmadi görüşürük və düşünürəm ki, bu görüşləri davam etdirmək lazımdır. Belə görüşlər münasibətlərdə xeyirxah ab-hava yaradır, dövlətlərarası münasibətlərə, eyni zamanda, təəssüf ki, indiyədək həll olunmamış məsələlərin həllinə müsbət təsir göstərir. 30 ildən çoxdur belə format davam edir. Hesab edirəm ki, xüsusilə də münaqişələr zamanı biz vəziyyətə müsbət təsir göstərmək üçün səylərimizi artırmalıyıq ki, real nəticə əldə edək və vəziyyəti yaxşılığa doğru dəyişək”, -deyə o bildirib.

Görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxına xalça üzərinə həkk olunmuş portretini hədiyyə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN BURSA ŞƏHƏRİNDƏ “ŞUŞA GÜNLƏRİ” KEÇİRİLƏCƏK

Bu ilin 8-9 dekabrında “Türk Dünyasının mədəniyyət paytaxtı” Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Böyükşəhər Bələdiyyəsinin...

Bağla