“Azərbaycanda fəaliyyət göstərən dini qrupların maliyyələşdirilməsi nəzarətdə saxlanılmalıdır”

0

“Bu gün Azərbaycanda dini fəaliyyət sahəsində aktuallıq kəsb edən məsələlərdən biri də müxtəlif dini qrupların ayrı-ayrı dövlətlər, xüsusilə İran tərəfindən maliyyələşdirilməsinin qarşısının alınmasıdır”.

Bunu Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, bu gün İran Azərbaycanda yaratdığı şəbəkəni, bəzi din xadimlərini müxtəlif yollarla maliyyələşdirir: “Məsələ yalnız bununla bitmir. Bununla yanaşı, Azərbaycanda toplanan xüms və zəkatın ayrı-ayrı şəxslər tərəfindən yığılaraq İrana göndərilməsi və bundan başqa məqsədlərlə istifadəsinə dair ciddi iddialar var.

Əvvəlki dövrdə quru sərhədləri açıq olanda vətəndaşlarımız İrana və digər dövlətlərin ərazisinə keçərək bu vəsaiti əldə edirdilər. İndi isə bu vəsait başqa yollarla çatdırılır. Burada bir sıra hallarda banklardan da istifadə edilir.

Ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı dini qrupların maliyyələşdirilməsi mexanizmləri ciddi nəzarətdə saxlanılmalı və qeyri-qanuni maliyyələşmənin qarşısı alınmalıdır”.

 

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şuşada TDT-nin diaspor sahəsinə cavabdeh olan nazirlərinin iclası keçiriləcək

Şuşa və Bakıda Türk Dövlətləri Təşkilatının diaspor sahəsinə cavabdeh olan nazirlərinin iclası keçiriləcək. Bu barədə TDT-dən bildirilib. Forum çərçivəsində təşkilatın...

Bağla