Türkiyənin Ərzurum vilayətində təxminən 500 ildir davam edən “1001 xətm” proqramına start verildi.
İslamveirfan.com xəbər verir ki, bu proqram çərçivəsində müqəddəs Qurani-Kərim 1001 dəfə başdan sona qədər oxunacaq və dualar ediləcək.
Rəvayətə görə “1001 xətm” proqramını İslam alimlərindən olan Pir Əli Baba başladıb və bu ənənə Ərzurumda 5 əsrdir davam edir.
Hafizlərin at üstündə Quran oxuması ilə başlayan xətm proqramı başa çatdıqdan sonra xəstələrin sağalması üşün dualar ediləcək.
Proqramın yanvar ayının 13-də başa çatması planlaşdırılır.