Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır

0

“Türkiyənin ilk “Tayfun” ballistik raketinin uçuş məsafəsinin təxminən iki dəfə artırılması, min kilometrə qədər çatdırılması planlaşdırılır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.

“Bildiyiniz kimi, “Tayfun” raketinin uçuş məsafəsi 560 km elan edilib. Keçən həftə mütəxəssislərlə danışdım, mənə dedilər ki, “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdıracağıq”, – Ərdoğan bildirib.

Qeyd edək ki, “Tayfun” raketinin sınaqları Türkiyə tərəfindən bu ilin oktyabrında həyata keçirilib. Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.

Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.

Türkiyə “Tayfun” raketinin uçuş məsafəsini min kilometrə çatdırmağı planlaşdırır

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖTƏN GECƏ MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB

Dekabrın 16-sı saat 23:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər...

Bağla