Dekabrın 19-da Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbəri Akkan Suveri və Qrupun Baş katibi Cəfər Okrayı qəbul edib.
Görüşdə iki tərəfi maraqlandıran məsələlər müzakirə olunub.
Akkan Suveri Şeyxülislam Allahşükür Paşazadəni gələn ilin mart ayında baş tutacaq Mərmərə Qrupu Vəqfinin toplantısına dəvət edib və bildirib ki, toplantı çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100-iliyinə həsr olunan tədbir keçiriləcək. Qonaq həmçinin Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə Cümhuriyyətin yüzilliyinə həsr olunan “Mərmərə Qrupu Vakfı” kitabını hədiyə edib.
Dəvəti məmnunluqla qəbul edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadə qonaqlara Quranı-Kərimin nüsxələrinin hədiyyə edib.