Türkiyə səfiri: “Diaspor üzvlərinin bir araya gələrək həmrəylik göstərmələri vacibdir”

0

“Diaspor üzvlərinin bir araya gələrək həmrəylik göstərmələri vacibdir”.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

O, ötən gün Bakıda, hazırda isə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərlərinin forumunun son dərəcə əhəmiyyətli olduğunu söyləyib.

TDT-nin təkcə liderlər səviyyəsində platforma olmadığını vurğulayan səfir bildirib ki, üzv dövlətlər bu təşkilat arasında vacib bir leytmotiv rolunu oynayır. Onun sözlərinə görə, daha bir vacib məqam isə TDT-nin müşahidəçi üzvü olan Şimali Kiprin hazırda keçirilən forumda iştirak etməsidir.

C.Bağcı həmçinin bir müddət əvvəl ABŞ-dan gələn türk diaspor təmsilçilərinin Azərbaycanla əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu xatırladıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT-nin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri Şuşaya gedib

Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Şuşaya səfəri başlayıb. "Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir...

Bağla