Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli görüşün yekun Bəyannaməsi imzalanıb

0

Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüşün yekun Bəyannaməsi imzalanıb.

Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Xatırladaq ki, dekabrın 21-də Türkiyədə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə hər üç ölkənin müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və üçtərəfli birgə təlimlərin keçirilməsinin vacibliyi, eləcə də regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ GƏNCƏYƏ YENİ BAŞ KONSUL TƏYİN EDİB

Türkiyə Gəncəyə yeni Baş konsul təyin edib. "Report"un Qərb bürosunun məlumatına görə, müvafiq qərarla bu vəzifəyə Rəcəb Öztop təyinat alıb....

Bağla