Hulusi Akar: “Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”

0

“Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, Azərbaycan 44 günlük müharibə ilə haqsız işğala son qoydu:

“Türkiyə minaların təmizlənməsi sahəsində və digər məsələlərdə Azərbaycana dəstək verir”.

Nazir, həmçinin söyləyib ki, Yunanıstan hələ də təxribatlarına davam edir:

“NATO Yunanıstanın şıltaqlığına son qoymalıdır. Gözləntimiz bəzi yunan siyasilərinin mövqelərini dəyişmələri və tarixdən dərs çıxarmalıdır. Biz Ege və Aralıq dənizlərinin dostluq dənizləri olmasını istəyirik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUD ÇAVUŞOĞLU PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU ÜNVANLAYIB

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Zati-alinizin...

Bağla