Yunanıstandan Türkiyəyə qarşı təxribatçı addım

0

Yunanıstandan Türkiyə ilə gərginliyi artıracaq yeni addım atılıb.

Yunanıstan ordusunun baş qərargah rəisi, general Konstantinos Floros Egey və Şərqi Aralıq dənizlərindəki bəzi adaları ziyarət edib.

General qeyri-hərbi statuslu Kriamadi, Çamada, Karaada, Kerpe və Meys, eləcə də Kritin cənubunda yerləşən Böyük Qavda adasında yerləşən hərbi birləşmələrə baxış keçirib.

Baş qərargah rəisi Türkiyə yaxınlığında yerləşən adalara ziyarətini əks etdirən fotoları Tvitter hesabında paylaşıb.

Yunanıstanın sözügedən adaları silahlandırması və hərbi məqsədlər üçün istifadə etməsi Türkiyə ilə imzalanmış anlaşmalara görə legitim deyil. Yunanıstanın bölgədə gərginliyi artıra biləcək təxribatları Türkiyə tərəfindən etirazla qarşılanır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakı dindarlarından bəyanat: “İranın regionda haqsız siyasətinə qəti etirazımızı bildiririk”

Bakı dindarlarından bəyanat: İranın regionda haqsız siyasətinə qəti etirazımızı bildiririk Bakı şəhərinin dindarları İranın regionda haqsız siyasətinə qəti etiraz edir....

Bağla