Məkkədə otlar cücərdi, sosial şəbəkələrdə “qiyamət hədisi” müzakirə edilməyə başladı

0

Səudiyyə Ərəbistanının bəzi bölgələrində yağan yağış bu yerlərdə otlar cücərməsinə səbəb olub.

Xüsuilə Məkkə şəhərində yağan yağış çox şiddətli olub və bəzən avtomobillərin hərəkətinə mane olub.

Bu halı əks etdirən video-görüntülər sosial şəbəkə platformlarında paylaşılıb və internet istifadəçiləri “Qiyamət hədisi”ni müzakirə etməyə başlayıblar.

Əbu Hüreyrənin (ra) rəvayət etdiyi Hədisi-Şərifdə Peyğəmbərimiz ﷺ buyurur:

“Var-dövlət çoxalıb qapıdan daşmadıqca qiyamət qopmaz. Elə ki, bir nəfər malının zəkatını ayıracaq, amma verməyə kimsə tapmayacaq. Hətta ərəb torpağı – ərəb yarımadası (tarla və bağları ilə) yamyaşıl olmadıqca qiyamət qopmaz.”

Mənbə: Müslim, Zəkat, 60; Əhməd b. Hənbəl, 2/370, 417; Məcmauz-Zəvaid, 7/331.

Resim

Resim

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ YENİ PİLOTSUZ UÇUŞ APARATINI UĞURLA SINAQDAN KEÇİRİB

Türkiyənin “Baykar” şirkəti “Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatının sınaqlarını uğurla həyata keçirib. "Anadolu" xəbər verir ki, bu barədə...

Bağla