ƏRDOĞAN: “PKK-NIN İRAQDA VARLIĞINA SON QOYULMALIDIR”

0

“PKK-nın İraqda varlığına son qoyulmalıdır”.

“Haber Global” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı deyib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

Söhbət zamanı Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib. Ərdoğan ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Məkkədə otlar cücərdi, sosial şəbəkələrdə “qiyamət hədisi” müzakirə edilməyə başladı

Səudiyyə Ərəbistanının bəzi bölgələrində yağan yağış bu yerlərdə otlar cücərməsinə səbəb olub. Xüsuilə Məkkə şəhərində yağan yağış çox şiddətli olub...

Bağla