Azərbaycan və Türkiyənin XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər

0

Yanvarın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər həmçinin çoxtərəfli platformalarda əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SƏUDİYYƏ ƏRƏBİSTANI 24 ÖLKƏYLƏ HƏCC MÜQAVİLƏSİ İMZALAYIB

Səudiyyə Ərəbistanı Krallığı 2023-cü il Həcc mövsümü üçün 24 ölkəylə müqvilə imzalayıb. Ölkənin Ciddə şəhərində imzalanan bu müqavilə, ölkələr üçün...

Bağla