Hər il milyonlarla müsəlmanın Həcc və Ümrə ibadəti üçün ziyarət etdiyi 7 minarəli MəscidiHaram, İslam memarlığının ən möhtəşəm nümunələrindən biridir.
Məscidi-Haram və daxilində yerləşən Kəbəi-Şərif, Həzrəti İbrahim (əs) və Həzrəti İsmayıldan sonra (əs) müxtəlif vaxtlarda qismən və ya tamamilə yenidən tikilmiş və dövrümüzdəki halını almışdır.
Açıq və qapalı ibadət yerləri olan məbəd, ümumilikdə 4 min 800 kvadrat metrlik sahəyə və 820 min nəfərlik tutuma malikdir.
İlin hər günü dünyanın müxtəlif ölkələrindən gələn zəvvarlar Məscidi-Haramı ziyarət edirlər.