Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ çıxarıb – VİDEO

0

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxarıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildiirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan könüllüləri Kahramanmaraşda fəaliyyətə başlayıblar

Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə fevralın 10-da Azərbaycandan yola düşən könüllülərin ilk qrupu Kahramanmaraş şəhərində fəaliyyətə başlayıblar....

Bağla