Türkiyədə baş vermiş dəhşətli zələlə nəticəsində, Kahramanmaraş vilayətindəki Quran kurslarından biriinin 21 tələbəsi şəhid olub.
Axtarış və xilasetmə fəaliyyəti davam edərkən zəlzələnin 3-cü günü Quran kursunun yıxıntıları altından 21 tələbənin nəşi tapılıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.