TÜRKİYƏDƏ ZƏLZƏLƏDƏ XƏSARƏT ALAN 10 UŞAQ MÜALİCƏ ÜÇÜN BAKIYA GƏTİRİLİB

0

Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.

“Report” xəbər verir ki, həmin uşaqlar Bakıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstituna (OMD) yerləşdirilib.

Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsələrinə yerləşdiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HAFİZLİK KURSUNUN 21 TƏLƏBƏSİ ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ ŞƏHİD OLUB

Türkiyədə baş vermiş dəhşətli zələlə nəticəsində, Kahramanmaraş vilayətindəki Quran kurslarından biriinin 21 tələbəsi şəhid olub. Axtarış və xilasetmə fəaliyyəti davam...

Bağla