Daha bir neçə rayon Türkiyəyə növbəti humanitar yardım göndərib.
“Report” xəbər verir ki, axşam saatlarında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan icra hakimiyyətinin təşəbbüsü ilə 2 TIR humanitar yardım Türkiyəyə yola düşəcək.
Şamaxı Rayon İcra Hakimiyyətinin müavini Etibar Muradlı bildirib ki, yardım məqsədi ilə qardaş ölkəyə quru qida, generator, isidici və döşəklər göndərilir: “Qardaş ölkəyə yardım göndərilməsini mütəmadi olaraq davam etdirəcəyik”.