TÜRKİYƏDƏ ZƏLZƏLƏDƏN EVİ DAĞILANLARA QIRĞIZISTANDAN ALAÇIQ GÖNDƏRİLİB

0

Qırğızstandan Türkiyəyə zəlzələdə evi dağılanlara dəstək məqsədilə 78 alaçıq göndərilib, daha 60-ı da göndəriləcək.

Bu barədə “Report”un Ankara Bürosuna Qırğızıstanın Türkiyədəki səfirliyindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Orta Asiyada boz üy və ya yurt adı verilən ənənəvi türk çadır evləri qışda soyuğa, yayda istiyə davamlıdır: “Zəlzələ zamanı təhlükəsiz olan, asan quraşdırılan keçi materialından olan yurtlar Kahramanmaraşda zəlzələ qurbanlarının müvəqqəti yerləşdirilməsi üçün göndərilib. Quraşdırılma və yerləşdirilmə işlərində Qırğızıstanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Ruslan Kazakbayev, Qırğızıstan səfirliyinin və baş konsulluqlarının əməkdaşları da iştirak ediblər”.

Məlumatda bildirlib ki, bundan başqa, xüsusi təyyarə ilə əlavə xilasedicilər qrupu, dərmanlar və çadırlar Türkiyəyə göndəriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyədə Azərbaycanın xüsusi təlim keçmiş itləri 15 canlını dağıntılar altında aşkarlayıb

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xüsusi təlim keçmiş itləri Türkiyənin Kahramanmaraş şəhərində 15 nəfəri dağıntılar altında aşkarlayıb. Bu barədə FHN-in Mətbuat...

Bağla