TÜRKİYƏDƏ 209 SAAT SONRA DAĞINTILAR ALTINDAN ATA VƏ QIZI SAĞ ÇIXARILIB

0

Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb.

Bu barədə “CNNTürk” məlumat yayıb.

Onlar Antakyada Kocaeli Bələdiyyəsi Xilasetmə Qrupu tərəfindən dağıntılar altından xilas edilib.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə telekanalları yardım kampaniyası çərçivəsində ortaq yayım təşkil edəcək

Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında...

Bağla