GƏNCƏDƏN TÜRKİYƏYƏ DAHA 5 TIR YARDIM YOLA SALINIB

0

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkən insanlara dəstək məqsədilə Gəncə şəhərindən, Qəbələ, Ağsu, Şəmkir və Goranboydan toplanan humanitar yardımlar 5 TIR tipli yük maşını ilə yola salınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, ümumi çəkisi 20 800 kiloqram olan hümanitar yardımın tez bir zamanda Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə hümanitar yardımların toplanması davam etdirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ceyhun Bayramov: Azərbaycan zəlzələyə görə Türkiyəyə dəstəyini davam etdirəcək

"Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Türkiyəyə dəstəyini davam etdirəcək". Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fevralın 16-da türkiyəli...

Bağla