Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub, nazirlər yaxın zamanlarda keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə hazırlıq məsələlərini müzakirə ediblər.
Azərbaycanın Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, telefon danışığı zamanı Türkiyədə çoxsaylı insan tələfatına səbəb olan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.