Türkiyədə baş verən zəlzələ nəticəsində anasını və 5 qardaşını itirən 11 yaşlı uşaq dağıntıların yanında yüksək səslə Quran oxuyub.
11 yaşlı Əhməd adlı suriyalı uşağın bu halını əks etdirən video-görüntülər sosial şəbəkə platformlarında yayılıb.
Əhməd Kala zəlzələdən əvvəl Türkiyə Hatay vilayətinin Antakya rayonunda ailəsi ilə birlikdə 3 mərtəbəli evdə yaşayırdı.
Zəlzələ vaxtı isə anası və 5 qardaşı dağıntılar altında qalaraq vəfat edib, sadəcə atası ilə özü sağ qalıb.
Türkiyə və dünya Əhməd Kalanı zəlzələdə vəfat edənlər üçün oxuduğu Quran tilavəti ilə tanıdı.
Həmin tilavətin görüntülərini oxucularımıza təqdim edirik: