Rəvan Həsənov: “İslamofobiya hallarının artması Azərbaycanı da narahat edir”

0

“İslamofobiya hallarının artması Azərbaycanı da narahat edir”.

“Report” xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransla bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, konfransda dünyanın 31 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək: “Həmin nümayəndələr islamofobiya ilə mübarizədə fərqli yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar. Bu tədbirə Azərbaycanın ev sahibliyi etməsinin xüsusi önəmi var. Çünki dünyada islamofobiya hallarının artması Azərbaycanı da narahat edir. Bu konfransın dayanıqlı şəkildə keçirilməsinə ümid edirik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ: ÜRƏYİMİZ AZƏRBAYCANLA DÖYÜNÜR

"Türkiyə olaraq bizim ürəyimiz Azərbaycanla döyünür". “Report”un Ankara Bürosunun xəbərinə görə, bunu Türkiyə Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Azərbaycan Vəkillər...

Bağla