Ərdoğan Zirvə görüşünün Türkiyədə keçirilməsi təşəbbüsünə görə İlham Əliyevə təşəkkür edib

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyərək bu təşəbbüsə görə İlham Əliyevə təşəkkür edib.

İki ölkə başçısının görüşündə Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANLA GÖRÜŞÜB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. Ankaradakı Prezident Sarayında...

Bağla