Səudiyyə Ərəbistanı krallığı, ramazan ayında ümrə ziyarətinə getmək isyəyən zəvvarlara məhdudiyyət qoyub.
Bu barədə krallığın Həcc və Ümrə Nazrliyi məlumat yayıb.
Məlumata görə, ramazan ayı müddətində hər bir zəvvar sadəcə 1 dəfə ümrə ziyarətinə gedə bilər. Bu qərar daha çox insanın ziyarətini və zəvvarların ramazan müddətində daha asan və daha rahat ziyarətlərini təmin etmək üçündür. – deyə məlumatda qeyd edilib.
Nazirlik həmçinin Səudiyyə Ərəbistanı vətəndaşlarının, ölkədə yaşamaq hüququ olanların və daimi viza sahiblərinin ümrə hüququ olduqlarını bildirib.