“TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazırıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada macarıstanlı həmkarı Katalin Novak ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Bu baxımdan hədəfimizə doğru əzmlə addımlayırıq”, – Ərdoğan deyib.
Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.
Report