İsveçlilərin əksəriyyəti Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılmasının yasaqlanmasını istəyir.
Bu, ölkədə keçirilən ictimai sorğu nəticəsində məlum olub. “Sifo” tədqiqatlar şirəkinin keçirdiyi anketdə, iştirakçıların 51%-i müqəddəs kitabların yandırılmasının yasaqlanmasını istəyib.
Anketdə iştirak edənlərin sadəcə 34%-i “Söz azadlığı” çərçivəsində müqəddəs kitabların yandırılmasına razılıq verib. İştirakçıların 15%-i isə bu suala cavab verməyib.
Xatırladaq ki, İsveç və Danimarka vətəndaşı, “İstiqamət” partiyasının lideri Rasmus Pauldan dəfələrlə söz azadlığı çərçivəsində Qurani-Kərimi yandırıb. Ölkə rəsmiləri bu aksiyaya izn versə də, Pauldanın Tövrat yandırmaq təşəbbüsünə izn verilməyiblər.