Fransa Futbol Federasiyasının müsəlman oyunçular üçün iftar vaxtı oyuna ara verilməsini yasaqlaması etirazla qarşılanıb.
“Paris Saint-Germain” (PSG) azarkeş qrupu bu qərara eirazını matç vaxtı açdığı şüarla etirazını bildirib.
Qeyd edək ki, azarkeş qrupunun açdığı şüarda, “Bir xurma bir stəkan su, oldu Fransa futbolunun kabusu!” yazılıb.
Xatırladaq ki, Fransa Futbol Federasiyası Hakimlər Komissiyasına müraciət edərək, dünyəvilik prinsipinə hörmət olaraq oyunlarda iftar üçün ara verilməməsini tələb edib.