“Mayın 12-də Şuşada şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbir keçiriləcək”.
Bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli bu gün ADA Universitetində keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında deyib.
O qeyd edib ki, TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçir.
Report