APRELİN 20-DƏ BU İLİN İLK GÜNƏŞ TUTULMASI BAŞ VERƏCƏK

0

2023-cü ilin ilk Günəş tutulması aprelin 20-də qeydə alınacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatına görə, bu tutulma hibrid Günəş tutulması olacaq. Hibrid Günəş tutulması zamanı Yerin əyriliyi səbəbindən müşahidəçinin mərkəzi tutulma trayektoriyası boyunca yerindən asılı olaraq halqavari və ya tam Günəş tutulması müşahidə olunur.

Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır.

Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq.

Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2023-cü ilin 2-ci Günəş tutulması isə oktyabrın 14-də baş verəcək.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ABŞ-ın daha bir şəhərində azanın səsgücləndirici ilə oxunmasına izn verilib

Amerika Birləşmiş Ştatları (ABŞ) Oreqon əyalətinin Astoriya şəhərindəki 3 məsciddə azan səsgücləndirici ilə oxunur. Bu barədə Londonda nəşr olunan “Şarqul...

Bağla