Türkiyədə görməsi tamamilə məhdud olan 23 yaşlı Quran hafizi ramazan ayı münasibətilə xətm oxuyur. Bitlis vilayətinin Tatvan rayonu sakini hafiz Şükrü Canpolat Qurani-Kərimi əzbərə oxuyur, möminlər isə Quran kitabından onu izləyirlər.
Şükrü Canpolat uşaqlıqdan bəri Quranı əzbərləyərək hafiz olduğunu, 10 ildir də ramazan aylarında xətm etdiyini deyib.