Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı İrəvanda Azərbaycan bayrağına hücumu və hərbçimizə qarşı işgəncəni qınayıb.
Bu barədə səfir tviter hesabında yazıb.
“Ermənistanın son günlər sərgilədiyi davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə qarşı qeyri-insani işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına hücum əsla qəbuledilməzdir. Qınayırıq”, – səfir qeyd edib.
Report