Hollandiyada Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld paytaxt Amsterdamda təkbaşına etdiyi etiraz aksiyasında Quranı yenidən cırıb.
Vaqensveld həmin görüntüləri sosial şəbəkədə paylaşıb.
Vaqensveld bu gün “Bir qrupu təhqir etdiyi” üçün dindirildiyi Hollandiya Prokurorluğuna ifadə verdiyini və fikrini ifadə etməyin ən yaxşı yolunun Quranı yenidən cırmaq olduğunu bildirib.
Qeyd edək ki, Vaqensveld yanvarın 22-də Hollandiya parlamentinin binası qarşısında, həmçinin fevralın 13-də Utrext şəhərində keçirdiyi nümayişdə Quranı cırmışdı
Teleqraf.com