TÜRKİYƏNİN İLK MİLLİ “YENİ ALTAY” TANKLARI SİLAHLI QÜVVƏLƏRƏ TƏHVİL VERİLİB

0

Türkiyənin ilk milli “Yeni Altay” tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib. Bunun üçün mərasim Sakaryada keçirilib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas döyüş tankı olacaq “Yeni Altay” tankı Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biridir:

“Tankın hazırlanması zamanı biz çoxlu çətinliklərlə qarşılaşdıq. Prosesi sabotaj etməyə cəhd edilib. Biz təslim olmadıq, bir addım da geri çəkilmədik. Biz daha yaxşı, daha müasir silah istehsal etmək üçün çox çalışmışıq. Xüsusilə, mühəndislərimiz bir çox maneələri dəf etmək üçün çox çalışdılar”.

Qeyd edək ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

“Yeni Altay” nisbətən yüngülliyi sayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

“Yeni Altay” keyfiyyət baxımından dünyanın ən yaxşısı kimi tanınan “Leopard” tankları ilə müqayisə edilir.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hulusi Akar: “Türkiyə olmadan Qafqazda hansısa problemi həll etmək mümkün deyil”

“Türkiyə olmadan Orta Şərqdə, Aralıq dənizində, Balkanlarda, Qafqazda hansısa problemi həll etmək mümkün deyil”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi...

Bağla