Türkiyənin tanınmış Quran təlimçisi Şeysul-Qurra İbrahim Tanrıkulu 81 yaşında vəfat edib.
İbraim Tanrıkulu bu gün zöhr namazından sonra İstanbul Marmara İlahiyyat məscidində cənazə namazı qılınacaq və dəfn ediləcək.
Türkiyə Diyanetin sədri Əli Erbaş sosial şəbəkədəki şəxsi səhifəsində Tanrıkulu barədə nekroloq paylaşıb.
“Ömrünü İslama və Qurani-Kərimə həsr etmiş Şeyxul-Qurra İbrahim Tanrıkulu hocanın vəfat xəbərini təəssüflə öyrəndim. Hocamıza rəhmət, ailəsinə və yüzlərlə tələbəsinə səbr və başsağlığı diləyirəm. məkanı cənnət, məqamı ali olsun.” – deyə Erbaş paylaşımında bildirib.