TÜRKİYƏ XİN ERMƏNİSTANA XƏBƏRDARLIQ EDİB

0

“Biz İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı siyasi və hərbi rəhbərlərinə, o zamankı Azərbaycan rəsmilərinə və hətta erməni əsilli bəzi Osmanlı vətəndaşlarına qarşı sui-qəsdləri törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılmasını qətiyyətlə pisləyirik”.

Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

“Bu biabırçı abidənin açılışı 31 diplomatımız və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktını tərənnüm edir. Erməni mətbuatında bu hadisənin necə təqdim olunması da onu göstərir ki, tarixin təhrif olunmuş və təsdiqi mümkün olmayan təfsiri bəzi düşüncələrdə hələ də davam edir.

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm, davamlı sülh və sabitliyin bərqərar olması səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək”, – deyə XİN-dən bildirilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan HHQ nümayəndələri “Anadolu Qartalı – 2023” təlimində iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri “Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak etmək...

Bağla