İLHAM ƏLİYEV: “TÜRKİYƏ VƏ AZƏRBAYCAN HƏR ZAMAN BİR YERDƏDİR”

0

“Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

“Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə “TEKNOFEST” Bakıda keçirilmişdir və əziz qardaşımla bərabər biz “TEKNOFEST”də iştirak etmişdik. Bu gün mən buradayam. Bu bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir”, – deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısı qeyd edib ki, iki il bundan öncə Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. O tarixi Bəyannamənin Qarabağın tacı olan Şuşada imzalanmasının xüsusi önəmi var. Şuşa Azərbaycan xalqının əziz şəhəridir, Türk dünyasının əziz şəhəridir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT İLHAM ƏLİYEV TÜRKİYƏDƏ İŞGÜZAR SƏFƏRDƏDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərə gedib. Hər...

Bağla