TÜRKİYƏNİN MİLLİ DÖYÜŞ TƏYYARƏSİNİN ADI AÇIQLANIB-VİDEO

0

“Milli döyüş təyyarəmizin adı “Kaan”dır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli döyüş təyarəsinin tanıdılması tədbirində çıxışı zamanı deyib.

“Xalqımıza, dövlətimizə xeyirli-uğurlu olmasını arzulayıram”, – o bildirib.

R.T.Ərdoğan Türkiyənin döyüş təyyarəsi istehsal etməsini tarixi gün kimi qiymətləndirib: “Bu gün müdafiə sənayesi sahəsində tarixi günlərimizi yaşayırıq. Son aylarda müdafiə sənayesi ilə bağlı ard-arda müjdələr veririk. Bunların da sırasında “TCG Anadolu” desant gəmisi, “Gökpey” təyyarəsi, “Yeni Altay” tankı, “İMECE” peyki var. Artıq həm havada, həm quruda, həm suda, həm də kosmosda sözümüzü deyə bilirik. Millətimizin xəyallarını bir-bir reallaşdırırıq”.

Türkiyə lideri daha sonra təyyarələrin pilotları ilə görüşüb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HULUSİ AKAR: “TÜRKİYƏ OLMADAN QAFQAZDA HANSISA PROSES BAŞ VERƏ BİLMƏZ”

“Balkanlarda, Qafqazda, Orta Şərqdə və Qaradənizdə Türkiyə olmadan hansısa proses baş verə bilməz”. “Star” qəzeti xəbər verir ki, bunu Türkiyənin...

Bağla