TDT hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizi və yük daşımaları haqqında sazişlər təsdiqlənib

0

Türk Dövlətləri Təşkilatının (TDT) hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş təsdiq edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qanunu imzalayıb.

Eyni zamanda, dövlət başçısının imzaladığı digər qanunla TDT-yə üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş də təsdiq edilib.

Qeyd edək ki, sözügedən sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA UŞAQLARA ƏN ÇOX QOYULAN ADLAR AÇIQLANIB – SİYAHI

Bu ilin dörd ayında Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. Belə ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda...

Bağla