Azərbaycan HDQ-nin hərbi qulluqçuları “Kurtaran – 2023” təlimində iştirak edib

0

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi qulluqçuları Aralıq dənizinin şərqində keçirilən “Kurtaran – 2023” sualtı axtarış və xilasetmə təlimində iştirak edib.

Təlimin planına əsasən batmış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətinin qiymətləndirilməsi, eyni zamanda heyətin xilas edilməsi, dalğıclar vasitəsilə onlara qida və tibbi ləvazimatların ötürülməsi üzrə tapşırıqlar icra olunub.

Qeyd edək ki, beynəlxalq təlimdə 17 ölkədən 37 nümayəndə iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÇAVUŞOĞLU: “TÜRKÜN YOLU ZƏNGƏZURDAN VƏ QARABAĞDAN KEÇİR”

Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. M.Çavuşoğlu...

Bağla